Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Cəmiyyət / İcra Hakimiyyətinin şöbə müdiri oğurluqda ittiham edilir – Əziz Əzizov isə susur

İcra Hakimiyyətinin şöbə müdiri oğurluqda ittiham edilir – Əziz Əzizov isə susur

Suraxanı Rayon Məhkəməsində zərərçəkmiş Seymur Abıyevin oğurluqda ittiham etdiyi keçmiş qayınatası Elşad Əzizova qarşı şikayəti əsasında məhkəmə nəzarəti qaydasinda verdiyi ərizəyə baxılıb.
“Report”un məlumatına görə, məhkəmə şikayəti təmin edib.
Qərara əsasən, E.Əzizovun əməlində cinayət tərkibi olduğuna görə iş istintaqı araşdırılması üçün yenidən Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Belə ki, bundan əvvəl zərərçəkmiş S.Abıyev keçmiş qayınatası E.Əzizovun onun evindən oğurluq etməsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. Lakin idarədə cinayət işi başlanmayıb. Sonra S.Abıyev və onun nümayəndəsi Bəxtiyar Hacıyev həm prokuror nəzarəti qaydasında, həm də məhkəmə nəzarəti qaydasinda məhkəməyə müraciət ediblər.
Zərərçəkmiş S.Abıyev “Report”a bildirib ki, 10 mart 2015-ci il tarixində vətəndaş Elşad Əzizov onun Suraxani rayonu Günəşli qəsəbəsində yerləşən mənzilinə daxil olub: “Həmin mənzildən bir neçə əşyamı oğurlayıb. Həmin şəxsin qanunsuz əməllərinə mövcud qanunvericilik həddində məsuliyyətə cəlb edilməsini tam mümkün hesab edirəm. Elşad Əzizov haqqında zəruri ölçülərin götürülməsini vacibliyi onunla bağlıdır ki, həmin şəxs mənə məxsus 300 manat pulu talayıb. Bundan başqa o, mənim mənzilimə daxil olmaqla həmin ünvana aid evin çıxarışını, sığorta sənədini, texniki pasportunu, mənim hərbi biletimi, xarici pasportumu, doğum şəhadətnaməmi, diplomumu götürüb. Əlavə olaraq , həmin şəxs mənə aid 2 ədəd pencək, 3 ədəd gödəkçə, yun qış köynəyi, şalvar, kəmərlər, 7 cüt ayaqqabı, 1 cüt idman ayaqqabısı, 2 ədəd qızıl üzüyümü və alt paltarlarımı götürüb. Ümumilikdə, Elşad Əzizov 3000 manat dəyərində əmlakı götürərək mənə öz xeyli miqdarda zərər vurub. Həmin şəxs hazırda Cəlillabad rayon icra hakimiyyətində məsul vəzifə tutur”.
Məsələ ilə bağlı Cəlilabad rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Elşad Əzizovdan münasibət öyrənmək mümkün olmayıb.

Azinforum.az olaraq bildirik ki, oğurluqda adı hallanan Elşad Əzizov Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla eyni soyadı daşıyır. Əldə etdiyimiz ilkin məlumata görə, onlar arasında qohumluq əlaqəsi var. Bu barədə ətraflı məlumat təqdim edəcəyik…

Həmçinin oxuyun

“Mən sizin Şuşada icra başçınızam, Bakıda yox”

“Evimiz yanıb kül olub. Bütün əşyalarımız yanıb, heç nəyi çıxara bilməmişik. Qışın ortasında günlərdir ki, …

Bir cavab yazın