Ana səhifə / Bölgələr / Şuşa Radio Qovşağının yenilənməsi nəzərdə tutulur

Şuşa Radio Qovşağının yenilənməsi nəzərdə tutulur

“Azad edilmiş ərazilərdə ümumilikdə tikintisinə qərar verilmiş 10-dan çox avtomobil yolunda işlər başlayıb”.

Bunun Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun rəhbəri Rəhman Hümmətov deyib.

Onun sözlərinə görə, Zəfər yolunda işlər başa çatır.

R.Hümmətov bildirib ki, azad edilmiş ərazilərdə 68 mobil rabitə baza stansiyası qurulub: “Şuşa Radio və Televiziya Yayımı Stansiyası vasitəsilə artıq 10-dan çox televiziya kanalının yayımı baş tutur. Ümumillikdə 1400 km-dan artıq optik xətt çəkilib. Şuşa Radio Qovşağının yeni layihəsi hazırlanır. Layihə müvafiq qaydada razılaşdırmadan keçdikdən sonra onun da yenilənməsinə başlanılacaq”.

Həmçinin oxuyun

Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək

Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi …