Ana səhifə / Bölgələr / Sabiq icra başçısı vəfat etdi (FOTO)

Sabiq icra başçısı vəfat etdi (FOTO)

Azərbaycanda sabiq icra başçısı vəfat edib.
“Report”un məlumatına görə, Saatlı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əhmədov Gülhüseyn Əliəhməd oğlu bu gün dünyasını dəyişib.
Qeyd edək ki, 1955-ci il təvəllüdlü Gülhüseyn Əhmədov 1993 -2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
2005-ci ildə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən millət vəkili seçilib. O, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub. 
Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstraliya, Azərbaycan-Bosniya-Hersoqovina, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. 

Həmçinin oxuyun

Naxçıvanda sahibkarlar etiraza başlayıblar

Onlar “Cahan” Ticarət Mərkəzindəki mağazalarını bağlayıblar Mayın 2-də Naxçıvan şəhərində “Cahan” Ticarət Mərkəzinin 100-ə yaxın …