Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Bölgələr / Qarabağda yaşamaq istəyənlər üçün ŞAD XƏBƏR – VİDEO

Qarabağda yaşamaq istəyənlər üçün ŞAD XƏBƏR – VİDEO

Bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, həmçinin Şuşa şəhərinə 1400-dən artıq ailənin qayıdışı baş tutacaq.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Xəzər Xəbər”ə açıqlamasında bildirib.

Fuad Hüseynov deyib ki, Böyük Qayıdışın tez bir zamanda reallaşması üçün işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir.

Komitə sədrinin müavini bildirib ki, yenidənqurma işlərində keçmiş məcburi köçkün soydaşlarımızın özləri də yaxından iştirak etmək istəyirlər. Onların bu istəyinə baxılır və müvafiq qərarlar qəbul olunacaq.

Həmçinin aparılan sorğular nəticəsində məlum olub ki, məcburi köçkünlərin mütləq əksəriyyəti öz doğma yurdlarına qayıtmaq istəyir.

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …