Ana səhifə / Bölgələr / Naxçıvanda işıqpulu borcu qeydə alınmayıb

Naxçıvanda işıqpulu borcu qeydə alınmayıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 2019-cu ilin avqust ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.

Azinforum.az -ın məlumatına görə, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Qeyd olunub ki, avqust ayında texniki itki nəzərə alınmaqla daxil olan 44 milyon 163 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 703 min 300 manat olub, cəmi 3 milyon 703 min 900 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerji dəyərinin 100,0 faizini təşkil edir.

Həmçinin oxuyun

Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək

Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi …