Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Bölgələr / Gədəbəydə baş verən güllələnmə hadisəsinin TƏFƏRRÜATLARI

Gədəbəydə baş verən güllələnmə hadisəsinin TƏFƏRRÜATLARI

Gədəbəydə silahlı insident baş verib.

Orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Yaralı əməliyyat olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

Gədəbəydə baş verən hadisənin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Fətulayev Qamət Şahmalı oğlu qarın nahiyəsindən ehtiyatsızlıqdan güllə yarası alıb.

DİN-in mətubat xidmətinin əməkdaşı Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

Onun sözlərinə görə kənd sakini 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu ov tüfəngi ilə dovşan vuran zaman 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu xəsarət alıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …