Çərşənbə , May 8 2024
Ana səhifə / Bölgələr / “Bakcell” əhatə dairəsini Şuşa şəhərinədək genişləndirib

“Bakcell” əhatə dairəsini Şuşa şəhərinədək genişləndirib

Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti mobil şəbəkəsinin əhatə dairəsi artıq qədim Şuşa şəhərinə qədər genişlənirib.
İşğaldan azad olunmuş torpaqlarda aparılan bərpa işlərində daha bir addım – “Bakcell” şirkətinin texniki personalı Qarabağda şəbəkənin qurulmasını davam etdirir və “Bakcell” şəbəkəsi artıq Şuşa şəhərini də əhatə edir.

“Bakcell”in 2G, 3G və 4G baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə də quraşdırılıb. “Bakcell” Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlərini davam etdirəcək.

Qeyd edək ki, “Bakcell” şəbəkəsi müstəqil mobil bençmarkinq təşkilatları tərəfindən 3 il ardıcıl olaraq “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adlandırılıb.

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …