Ana səhifə / Siyasət / “Müxalif düşərgə Ermənistan ordusunu az qala qalib kimi təqdim edir”

“Müxalif düşərgə Ermənistan ordusunu az qala qalib kimi təqdim edir”

Azərbaycan tarixinin həssas dövrlərindən birini yaşayır. Vətən müharibəsi başa çatsa da, diplomatik cəbhədə mübarizə hələ də davam edir. Beynəlxalq təşkilatların qərəzli mövqeyi ölkənin siyasi mühitində ciddi polemikalarla müşahidə olunur. Maraqlı isə odur ki, müzakirələrdə, əsasən, iqtidar düşərgəsinin təmsilçiləri və müstəqil ekspertlər nəzərə çarpır.

Müxalif siyasi qüvvələrin ölkənin ictimai-siyasi həyatında passiv iştirak etməsi nə ilə bağlıdır? Azərbaycan müxalifəti niyə siyasi proseslərə təsir imkanını itirib?

Mövzu barədə Yenisabah.az-a danışan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilk əvvəl daxili siyasətdə düşmən tərəfə və onun həmlələrinə qarşı hansı düşərgənin necə reaksiya verməsi ilə bağlı monitorinq aparmadığını bildirib:

“Amma bir onu deyə bilərəm ki, müxalifət düşərgəsinin bəzi təmsilçiləri aktiv şəkildə bizim qələbəmizi kiçiltməyə, əhəmiyyətini azaltmağa çalışır. Eyni zamanda müəyyən bir dairə də var ki, həmin dairə bizim döyüşən generallarımızı da bəhanə ilə gözdən salmağa çalışır. Bu, gözlə görünür, yəni məlumdur”.

Ermənilərə münasibətdə isə jurnalist hesab edir ki, istər iqtidar, istərsə də müxalif düşərgə təmsilçilərinin yüksək fəallığından söhbət gedə bilməz:

“Çünki  ermənilər elə bir xəbər məkanında müharibə və mübarizə, o cümlədən diplomatik informasiya aparırlar ki, orada işlək dil rus dilidir. Bizim çox az sayda ekspertimiz var ki, rusca danışa, rəy verə, yaza bilir. İstər müxalifətdən, istərsə də iqtidardan olsun, vəziyyət belədir. Müxalif düşərgədə rus dilində danışıb informasiya yaymaq imkanı olanlar isə tam tərsinə, Ermənistan ordusunu az qala qalib kimi təqdim edir. Bu da təəssüf doğurur”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …