Ana səhifə / Bölgələr / Tovuz sakininin əlillik dərəcəsi 13 il sonra ləğv edildi – VİDEO

Tovuz sakininin əlillik dərəcəsi 13 il sonra ləğv edildi – VİDEO

Tovuz rayonu, Xatınlı kənd sakini Fəxrəddin Alıyevin əlillik dərəcəsi 13 il sonra ləğv edilib və müavinəti kəsilib. Xezerxeber.az-ın məlumatına görə, Fəxrəddin Alıyev bildirib ki, 2007-ci ildə hərbi xidmət dövründə ağciyərində vərəm xəstəliyi aşkarlanıb və bu səbəbdən də ordu sıralarından tərxis edilib.

13 il müavinət alan Fəxrəddin Alıyevin əlillik dərəcəsinə 2020-ci ildə xitam verilib. Elə o vaxtdan müavinətin verilməsi də dayandırılıb.

Sonradan o, əlillik dərəcəsinin bərpası üçün dəfələrlə müraciət etsə də, buna nail ola bilməyib. Fəxrəddin Alıyevin müraciətlərinə hər dəfə təkrar müəyinə və müalicə tələbləri ilə bağlı imtina cavabı gəlib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin şöbə müdiri Tural Qurbanov bildirib ki, bu il iyulun 13-də həkim-ekspertlərin müayinəsi zamanı Fəxrəddin Alıyevin sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib. Həmçinin onun təqdim etdiyi tibbi sənədlərdə qeyd olunan diaqnozlar müayinə zamanı öz təsdiqini tapmayıb. Nəticədə də qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik təyinatına əsas verməməsi barədə qərar qəbul edilib.

Tural Qurbanov onu da bildirib ki, məsələnin həlli üçün vətəndaş yenidən qeydiyyat yerinə uyğun tibb müəssisəsinə yaxınlaşmalı və istiqamətləndirilmə üzrə təkrar müraciət etməlidir.

Həmçinin oxuyun

Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək

Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi …