Cümə axşamı , May 9 2024
Ana səhifə / Bölgələr / Şuşaya köç niyə baş tutmadı?

Şuşaya köç niyə baş tutmadı?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Repatriasiya Departamenti tərəfindən keçirilən tender müsabiqələrinin icra müddəti başa çatsa da, nəzərdə tutulan işlərin yerinə yetirilməsi ilə bağlı məlumat açıqlanmayıb.
“Qaçqınkom” bu ilin noyabr ayını 28-də 270 məcburi köçkün ailəsinin, dekabr ayının 7-də isə 180 ailənin Şuşa şəhərinə köçürülməsi barədə tender müsabiqəsinə başlayıb. Tender müsabiqələrinin qalibi “Evakuator.Az” MMC (VÖEN – 1503392351) olub.
Müsabiqənin şərtlərinə görə, “Evakuator.Az” MMC “Qaçqınkom”dan 246 min 600 manat alaraq 270 məcburi köçkün ailəsini 21-30 dekabr tarixlərində, 176 min 400 manat alaraq 180 məcburi köçkün ailəsini isə 28-30 dekabr tarixlərində Şuşa şəhərinə köçürməli idi.
Qeyd edək ki, bu gün tender müsabiqəsində nəzərdə tutulan icra müddəti başa çatır. Lakin, Şuşa şəhərinə köçlə bağlı hər hansı rəsmi, ya da qeyri rəsmi məlumat açıqlanmayıb.
“Qaçqınkom”un departament direktoru İbrahim Mirzəyev dünən mətbuatda yayımlanan müsahibəsində deyib ki, Şuşa şəhərinə köç 2024-cü ildə həyata keçiriləcək.
Onu da bildirək ki, köçürmə işini həyata keçirəcək “Evakuator.Az” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Niamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2013-cü ildə təsis olunan “Yük Taksisi.Az” MMC-nin də direktorudur.
Məlumat üçün qeyd edək ki, “Qaçqınkom”un daha əvvəl keçirdiyi analoji tenderin qalibi “166 Global Logistics” MMC olub. Lakin, həmin tender müsabiqəsi köçürülmədən sonra həyata keçirilib.

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …