Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Bölgələr / Şuşaya çəkilən ikinci yolu pullu olacaq

Şuşaya çəkilən ikinci yolu pullu olacaq

Şuşaya çəkilən sürət yolu pullu olacaq.
Azinforum.az 
xəbər verir ki, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa sürət yolu Şuşaya çəkilən Zəfər yolundan 20 km qısadır. 81,2 km olan yol hər tərəfdən çəpərlənəcək: “Həmin yol pullu olacaq. Xarici turistlərin gələcəkdə Şuşaya axını güclü olacaq. Ona görə də bu yolu ödənişli edəcəyik ki, yoldan yığılan vəsait onun saxlanmasına istifadə olunsun”.

Həmçinin oxuyun

Yağış 6 il əvvəl 17 milyona tikilən yolu yararsız hala saldı – Fotolar

Lahıc-Dəmirçi avtomobil yolu güclü yağış nəticəsində yararsız vəziyyətə düşüb.Bir neçə gündür yağan yağışlar nəticəsində yolun …