Ana səhifə / Bölgələr / Şahbuzda döyüldüyü deyilən şagirdin ailəsi polisin təzyiqinə məruz qalır?

Şahbuzda döyüldüyü deyilən şagirdin ailəsi polisin təzyiqinə məruz qalır?

Şahbuz rayon Sələsüz kənd tam orta məktəbində 7-ci sinif şagirdinin təhsil müəssisəsinin işçiləri tərəfindən zorakılığa və təhqirlərə məruz qaldığı iddia olunur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib ki, məsələ araşdırılır.
Zorakılığa məruz qaldığı deyilən şagirdin ailəsinin polis tərəfindən hədələndiyi iddia edilir.
Bu barədə “Gündəlik Naxçıvan”a sözügedən şagirdin qohumları məlumat verib.
İddiaya görə, Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşları şagirdə və onun atası Əfqan Hüseynova şikayəti geri götürmələri üçün təzyiq göstərirlər.
İddialarla bağlı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Xatırladaq ki, iddiaya görə, sözügedən məktəbin dərs hissə müridi Ç. N Uşaq Birliyinin rəbhəri S. H. ilə birlikdə yeniyetmə qızı döyüb, həmçinin əxlaqsız söyüşlərlə təhqir ediblər. Bildirilir ki, buna səbəb məktəblinin Ç. N-in nəvəsi ilə dalaşması olub.

Həmçinin oxuyun

Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək

Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi …