Ana səhifə / Bölgələr / Qəbələdə polis şöbəsində ölüm

Qəbələdə polis şöbəsində ölüm

DİN Teymur Soltanovun ürəktutmasından vəfat etdiyini deyir

Qəbələ rayonunun Dizaxlı kənd sakini Teymur Soltanov polis şöbəsində ölüb. Hadisə iyulun 3-də axşam saat 19 radələrində baş verib.

Qəbələ Rayon Polis Şöbəsinə Təcili Tibbi Yardım çağırılsa da, həkimlər 1975-ci il təvəllüdlü Teymur Soltanovun həyatını xilas edə bilməyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilib ki, Teymur Soltanov ürək tutmasından ölüb. Məlumatda iddia olunur ki, o, polis şöbəsinə gələrkən sərxoş olub:

“İyulun 3-də saat 16 radələrində Soltanov Teymur Cəfər oğlu atası tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsilə bağlı polisə müraciət edib. Torpaq sahəsinin zəbt edilməsinə görə özünü öldürəcəyini bildirən şəxs rayon polis şöbəsinə dəvət edilib. O, sərxoş vəziyyətdə polis şöbəsinə gəldikdən sonra saat 19 radələrində qəfil halı pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Tibbi müdaxilələrə baxmayaq o, ürək tutmasından ölüb”.

Teymur Soltanovun ölümüylə əlaqədar məhkəmə-tibb ekspertizaları təyin edilib.

Araşdırmalar davam edir.

Həmçinin oxuyun

Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək

Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi …