Cümə axşamı , May 9 2024
Ana səhifə / Bölgələr / Naxçıvanla bağlı monitorinq və hesabatlıq portalı yaradılıb

Naxçıvanla bağlı monitorinq və hesabatlıq portalı yaradılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi monitorinq və hesabatlıq portalı, o cümlədən, “Metodoloji çərçivə” hazırlayıb. 

Nazirlər Kabinetinin sifarişinə əsasən hazırlanmış portalı bu gün İİTKM-in icraçı direktoru Vüsal Qasımlı təqdim edib. 

Təqdimat Nazirlər Kabinetində Dövlət Proqramı ilə bağlı keçirilmiş iclasda baş tutub.

İcraçı direktor monitorinq və qiymətləndirilmənin aparılması qaydaları haqqında məlumat verib, qeyd edib ki, aidiyyəti qurumların portalda yerləşdirdiyi məlumatlara əsasən monitorinq və qiymətləndirmələr aparılaraq nəticələri hökumətə təqdim olunacaq. 

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …