Ana səhifə / Bölgələr / Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 11,2 faiz ARTIB

Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 11,2 faiz ARTIB

Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 11,2 faiz artıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında 2023-cü ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 147,6 milyon manatdan çox olub. Bu, 2022-ci illə müqayisədə 11,2 faiz və ya 14,8 milyon manat çoxdur. 

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilə nisbətən 20,2 faiz artaraq 45,8 milyon manat təşkil edib.

2023-cü il ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 16,7 faiz artıb və 4 milyon manat olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilə nisbətən 5,5 faiz artaraq 24,3 milyon manatdan çox təşkil edib.

Həmçinin oxuyun

Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək

Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi …