Ana səhifə / Bölgələr / Naxçıvanda pilot suvarma sistemləri qurulacaq

Naxçıvanda pilot suvarma sistemləri qurulacaq

Naxçıvanda pilot suvarma sistemləri qurulacaq.

Muxtar Respublikanın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Telman Rzayev “Report”un yerli bürosuna bildirib ki, son illər havaların quraqlıq keçməsi, yağıntı miqdarının illk normadan aşağı olması səbəbindən su mənbələrində və çaylarda su miqdarı normadan aşağı olub. Ona görə də qapalı suvarma şəbəkəsindən daha geniş istifadə etmək zərurəti yaranır.

Ümumiyyətlə, muxtar respublikada 6 118 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilib istifadəyə verilib.

“Naxçıvan Muxtar Respublikasinin sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illərin Dövlət Proqramı” ənənəvi suvarmadan mərhələli şəkildə daha mütərəqqi suvarma sistemlərinin tətbiqinə keçmək zərurətini yaradıb.

Mövcud qapalı suvarma şəbəkəsi üzərində mütərəqqi suvarma sistemlərindən olan pivot suvarma sisteminin tətbiq edilməsi nəzərdə tutulur.

T.Rzayev qeyd edib ki, Dövlət Proqramının 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulanlara əsasən isə Babək rayonunun Güznüt, Çeşməbasar kəndləri ərazisində tikintisi yarımçıq qalmış 240 hektar sahədə qapalı suvarma və kollektor drenaj şəbəkəsinin tikintisini davam etdirmək nəzərdə tutulub.

Həmçinin oxuyun

Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək

Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi …