Cümə axşamı , May 9 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda filarmoniya işçilərinin qonorarlarını mənimsəyən direktor işdən çıxarıldı

Naxçıvanda filarmoniya işçilərinin qonorarlarını mənimsəyən direktor işdən çıxarıldı

Naxçıvan Dövlət Filarmoniyasında müxtəlif konsert proqramları ilə çıxış edən musiqiçi və rəqqasların qonorarlarının mənimənildiyi bildirilir.
Bu barədə “Gündəlik Naxçıvan”a filarmoniyanın bir qrup işçisi məlumat verib.
Onlar iddia edirlər ki, bu problem Ülvi Əhmədov filarmoniyaya direktor təyin olunandan sonra başlayıb.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi də Yeniavaz.com-un sorğusuna cavabında bildirib ki, iddialar təsdiqini tapıb.
“Naxçıvan Dövlət Filarmoniyasının bəzi əməkdaşlarının qonorarlarını zamanında almamaları ilə bağlı narazılıqları Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən araşdırılıb, şikayətləri təmin olunub, qonorarları ödənilib. Mədəniyyət nazirinin müavini Həsən Seyidovun əmri ilə Naxçıvan Dövlət Filarmoniyasının direktoru Ülvi Əhmədov vəzifədən azad olunub”.

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …