Ana səhifə / Bölgələr / Ağdam-Əsgəran yolundan son görüntülər – VİDEO

Ağdam-Əsgəran yolundan son görüntülər – VİDEO

Qarabağ iqtisadi rayonu ərazisində işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılan Ağdam-Əsgəran avtomobil yolunun inşasına başlanılıb.

Bu barədə “AzTV Xəbər”in Ağdama ezam olunmuş əməkdaşı birbaşa bağlantıda məlumat verib.

Qeyd edilib ki, sözügedən avtomobil yolunda torpaq və qrunt işlərinə start verilib.
O da bildirilib ki, Ağdamda şəhərdaxili avtomobil yollarının tikintisi sürətlə davam etdirilir. İnşa edilən şəhərdaxili yollarda öncə su, kanalizasiya, rabitə və qaz xəttləri çəkilir.

Həmçinin oxuyun

Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək

Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi …