Ana səhifə / Bölgələr / “48 saatdır işıq yoxdur” – Lənkəranda nə baş verir?

“48 saatdır işıq yoxdur” – Lənkəranda nə baş verir?

Lənkəran rayonunun 80 faizində 48 saatdır ki, elektrik enerjisinin verilişi dayandırılıb.
Bu barədə jurnalist Hüseyn Cəbrayıloğlu öz sosial şəbəkə hesabında yazıb.
“48 saatdır rayonun 80 faizində işıq yoxdur. Şəhərin ən mərkəzi küçəsində 48 saat sonra çəkilən şəkil hər şeyi deyir. Bağlanan yol, aşan ağaclar və yerə tökülən işıq xətləri…”, – jurnalist bildirib.

“Azərişıq” ASC-dən bildirilib ki, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, ötən gün – yanvarın 14-də ölkə ərazisində yağıntılı hava şəraiti müşahid olunub, bəzi ərazilərə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ən çox qar Cənub bölgəsində müşahidə olunub. Qarın hündürlüyü Lənkəranda 52 santimetrə çatıb.

Həmçinin oxuyun

Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək

Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi …