Ana səhifə / Bölgələr / Qubada 2 körpünü sel apardı – FOTO

Qubada 2 körpünü sel apardı – FOTO

Qubanın Xanagah kəndində yaşayış məntəqələrini birləşdirən Çağacıq çayı üzərində inşa edilmiş körpüləri sel aparıb.

“Report”un verdiyi məlumata görə, nəticədə kəndin yaşayış məntəqələri arasında gediş-gəliş əlaqəsi kəsilib.

Quba Rayon İcra Hakimiyyəti tərəfindən hadisə yerinə texnika göndərilib, lazımi tədbirlər görülür.

Həmçinin hadisə yerinə Quba Rayon İcra Hakimiyyəti başçısının Rustov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Behbud Rəhimov da gəlib.

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …