Ana səhifə / Editor (səhifə 5219)

Editor

“NBC Bank” turizm şirkətini məhkəməyə verdi

“NBC Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Gold Traver” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. “Report”un məlumatına görə, bank borcun ödənilməsini tələb edir. İddia olunan borcun məbləği açıqlanmayıb. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Qeyd edək ki, 1992-ci ildə “Ruzu” SKB kimi fəaliyyətə başlayan bank 2002-ci ildə adında dəyişiklik edilərək …

Ətraflı oxu »

Hacı İbrahimin başı dərtdə…

“Bakı Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Avesta” konserni Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib. ASC borcun qaytarılması barədə tələb irəli sürüb. “Avesta” konserninin sahibi, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli “Bakı Mexanikləşdirmə” ASC-yə olan borcunun miqdarını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, iş adamı Modern.az saytına deyib ki, şirkətə olan borcu 10 …

Ətraflı oxu »

Daşınmaz əmlakla bağlı yeni qaydalar qüvvəyə mindi

Azərbaycanda “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” təsdiqlənib. Azinforum.az-ın Nazirlər Kabinetinə istinadən məlumatına görə, fiziki və hüquqi şəxslərin, dövlət və yerli …

Ətraflı oxu »

Deputatlığa namizəd müəllimlərin pulu ilə kampaniya aparır – Etiraz

YAP-ın İmişlədəki namizədi, İmişli rayon Təhsil Şöbəsinin müdiri seçkini bəhanə edib direktor və müəllimlərdən pul yığır İmişli müəllimlərindən YAP-ın namizədinə ağır ittiham: «Ramiz Əmirov əlavə dərs saatlarına görə müəllimlərdən 40 min manat, direktorlardan isə 6 min manat pul yığıb». İmişlidən AzFakt.com-a daxil olan məlumata görə rayon təhsil şöbəsinin müdiri YAP-ın …

Ətraflı oxu »

Bakıda maşın bazarında yanğın – FOTOLAR

Bakının Nizami rayonunda yerləşən maşın bazarında yanğın olub. Azinforum.az-ın azvision.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib. Yanğın nəticəsində bazarın giriş hissəsində yerləşən obyekt tamamilə yanıb. Əraziyə cəlb olunan yanğınsöndürmə briqadaları yanğının qarşısını alıb. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.

Ətraflı oxu »

Tanınmış jurnalist həbs edildi

Türkiyənin məşhur xəbər aparıcısı Uğur Dündar həbs edilib. AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, U.Dündar qələmə aldığı köşə yazısında keçmiş nəqliyyat və dənizçilik naziri Binali Yıldırımı təhqir etməkdə ittiham edilir. Məhkəmə eks-nazirin qaldırdığı iddianı qəbul edərək tanınmış jurnalist barəsində hökm çıxarıb. Məhkəmənin qərarı ilə U.Dündar 11 ay 20 gün …

Ətraflı oxu »

Ağdam köçkünü prezidentə və birinci xanıma müraciət etdi

Mingəçevir şəhərində məskunlaşmış Ağdam qaçqını Süleymanova Nazeykə Hacı qızı üzləşdiyi haqsızlıqla bağlı ölkə prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili, Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevaya müraciət edib. Nazeykə Süleymanova müraciətin bir nüsxəsini musavat.com saytına yollayıb. Müraciətdə bildirilir: “Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım Ağdam rayonu işğal olunan …

Ətraflı oxu »

Nobel Azərbaycanda kimə verilməlidir? – Ekspert

Suallarımızı Azərbaycanda Nobel mükafatının qızğın təbliğatçısı, bu sahədə fundamental əsərlərin müəllifi, təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev cavablandırır: – Etibar müəllim, Sizdə bu mükafata maraq necə oyanıb? – Sovet vaxtı Nobel mükafatı və bu mükafata layiq görülənlər haqqında informasiya qıtlığı var idi. Hətta orta və ali məktəb dərsliklərində fiziklər Nils …

Ətraflı oxu »

Bakıda yeni marşrut xətti istifadəyə verilir

Sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində optimallaşdırılma işləri davam etdirilir. Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin-dən Oxu.az-a daxil olan məlumata görə, Bakıda daha bir marşrut xətti istifadəyə verilir. 10 oktyabr 2015-ci il tarixindən paytaxtda yeni 4 saylı marşrut avtobusu test rejimində fəaliyyətə başlayır. 4 saylı marşrut avtobusunun hərəkət istiqaməti Nərimanov …

Ətraflı oxu »

`Rusiya ilə problem həll olunacaq` – Polad Bülbüloğlu

“Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasını yüksək qiymətləndirirəm”. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. Səfir bildirib ki, Dmitri Roqozinin komissiyanın həmsədri vəzifəsinə gətirilməsi ilə hökumətlərarası komissiya daha aktiv fəaliyyət göstərməyə başlayıb: “Bu gün demək olar ki, yubiley iclas baş tutdu. İclasda bir çox problemlər həll edildi. Rusiya və Azərbaycan dost ölkələrdir. …

Ətraflı oxu »