Bazar ertəsi , May 20 2024
Ana səhifə / Editor (səhifə 5152)

Editor

Mədət Quliyev KQB arxivini açır

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev “Türküstan” qəzetinin yazarı Sərxan Carçının Stalin repressiyası dövründə həbs olunmuş və sonradan güllələnmiş ulu babası haqda müraciətini qısa müddətdə cavablandırıb. Milli.az xəbər verir ki, bununla bağlı Sərxan Carçı bildirib: “Babamın atasının həbsi ilə bağlı arxivdəki sənədləri və varsa fotosunu əldə etmək üçün Milli Təhlükəsizlik …

Ətraflı oxu »

Zakir Həsənov məhv edilən düşmən əsgərləri haqda…

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 25-də Şəxsi Heyət Baş İdarəsi və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin əsaslı təmir edilmiş binalarının açılışı mərasimində iştirak ediblər. Müdafiə Nazirliyinin saytına istinadən yayılan məlumata görə, hər iki idarənin şəxsi heyəti qarşısında çıxış edən Z.Həsənov beynəlxalq hərbi əməkdaşlıq istiqamətində qarşıda …

Ətraflı oxu »

AMİP xalqa illik hesabat verdi

Azinforum.az-ın məlumatına görə, bu gün  Azərbaycan Milli İstiqlal Partiyasının ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransını açan AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, təmsil olunduğu partiya hər ilin sonunda göstərdiyi fəaliyyətlə bağlı ictimaiyyətə hesabat verir və növbəti il üçün planlarını açıqlayır. Bu səbəbdən də partiya rəhbərliyi …

Ətraflı oxu »

2015-ci ildə Azərbaycanda 76 hərbi qulluqçu dünyasını dəyişib

2015-ci ilin ötən dövründə (23 dekabradək) Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 76 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 37-si döyüş (34-ü erməni gülləsi, 3 nəfəri mina partlayışı), 39 nəfəri isə qeyri-döyüş itkiləridir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute) məlumatında deyilir. Məlumatda deyilir ki, 8 nəfər intihar …

Ətraflı oxu »

Qarabağ münaqişəsi: itirilmiş daha bir il

Artıq tam əminliklə demək olar ki, Azərbaycanın əsas problemi sayılan Qarabağ münaqişəsi 2015-ci ildə də həllini tapmadı. Ötən illərdə olduğu kimi, bu il də istər dövlət başçıları, istərsə də XİN rəhbərləri səviyyəsində keçirilmiş görüşlər nəticəsiz qaldı. Əvəzində isə, cəbhə xəttində Azərbaycan ordusu əsgər və zabitlərini itirdi. 21 illik atəşkəs münaqişənin …

Ətraflı oxu »

Vasif Talıbov əlillərlə veteranlara ev və maşın verdi

Bu gün Naxçıvan şəhərində 4 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 2 nəfərə və 4 Azərbaycan Vətən Müharibəsi veteranına “NAZ Lifan-320” markalı minik avtomobili təqdim edilib. AZƏRTAC-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının əmək …

Ətraflı oxu »

Nazirlikdən çörəyin qiyməti ilə bağlı – Açıqlama

Azərbaycanda manatın məzənnə dəyişikliyinin çörəyin qiymətinə təsiri araşdırılır. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, manatın “üzən məzənnə” rejiminə keçirilməsi ilə əlaqədar idxal olunan ərzaq buğdasının qiymətinin artması nəticəsində unun və çörəyin qiymətindəki dəyişiklik nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən diqqətlə araşdırır və …

Ətraflı oxu »

Poroşenko: ” Azərbaycanın ərazi bütövlüyünün dəstəkləyirik”

Ukraynanın Prezidenti Pyotr Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.  verdiyi xəbərə əsasən, təbrik məktubunda deyilir: “Dğum gününüz münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin. Sizin qətiyyətli liderliyiniz, müdrikliyiniz, zəngin təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan Respublikasının bundan sonra da uğurla inkişaf …

Ətraflı oxu »

Spirtli içkilərə qoyulan vergilər artırılır

Azərbaycanda spirtli içkilərə qoyulan vergilər artırılacaq. APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 23 dekabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”da əksini tapıb. Strategiyaya əsasən 2016-2017-xi illər ərzində Spirtli içkilərdən sui istifadənin azaldılması üçün pərakəndə satılan spirtli içkilərin uşaqlar üçün əlçatanlığının …

Ətraflı oxu »

Bakıda maşın alan yoxdur, bazar çöküb

Azərbaycanda manatın yenidən ucuzlaşması 2-ci əl avtomobil bazarında da durğunluq yaradıb. Araşdırma nəticəsində məlum olub ki, bu bazarda alqı-satqı yox dərəcəsinə enib. Avtomobil satıcıları deyir ki, əvvəllər az da olsa, alıcı tapılırdı. Son günlərdə isə bir nəfər də olsun avtomobil alan olmayıb. Badamdar avtomobil bazarının iştirakçıları bildirirlər ki, təkrar devalvasiyadan …

Ətraflı oxu »