Cümə axşamı , May 9 2024
Ana səhifə / Editor (səhifə 1308)

Editor

Sabiq MTN-çilərin ifadələri niyə havadan asılı vəziyyətdə qalıb?

Bundan artıq daha nələr olmalıdır, hansı faktlar ortaya qoyulmalıdır ki, bizim gücü yalnız kasıb-kusuba çatan məhkəmə-hüquq sistemimiz hərəkətə keçsin? Bakı Hərbi Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin(MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal …

Ətraflı oxu »

Həyatdan vaxtsız köçən azərbaycanlı məşhurların ölüm səbəbləri

“Ölüm haqdır” deyirlər, ancaq elə insanlar da var ki, onların gülərüz simasına ölüm heç yaraşmır. Üstündən illər keçsə də, həmin adamlar haqqında ölən biri kimi danışmaq olmur. Budəfəki yazımızda dünyasını vaxtsız dəyişmiş, ömrünü faciəli sonluqla bitirmiş sənətçilərdən bəhs edəcəyik. Dünyadan vaxtsız köçmüş azərbaycanlı məşhurlar və onların ölüm səbəblərini təqdim edir. Nəşi ölümündən bir …

Ətraflı oxu »

Minimum əməkhaqqı və pensiya məbləğləri qaldırılmalıdır

Azərbaycanda ortaillik inflyasiya 12,6% təşkil edib. Belə ki, bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-may aylarına nisbətən 112,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,9%, qeyri-ərzaq məhsulları üzrə 106,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib. Dövlət Statistika Komitəsinin  məlumatına görə, cari …

Ətraflı oxu »

Türkiyədə itə heykəl qoyub açılış mərasimi keçirdilər – VİDEO

Türkiyədə küçə itinə heykəl qoyulub. Türkiyənin Şişli bələdiyyəsi Təşviqiyyə məhəlləsində adı Tomi olan küçə itinə heykəl qoyulub. Qoyulan heykələ təntənəli açılış mərasimi keçirilib. Mərasimdə məhəllə sakinləri ilə yanaşı Şişli bələdiyyəsinin sədri Müəmmar Kəskin də qatılıb. Həmin görüntüləri təqdim edirik: https://player.baku.tv/embed/55714

Ətraflı oxu »

İngiltərədə PKK tərəfdarları azərbaycanlıya hücum ediblər

PKK terror təşkilatının tərəfdarları İngiltərədə azərbaycanlıya hücum ediblər. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, BBC-nin İngiltərədəki mərkəzi ofisi qarşısında toplaşaraq yürüşə başlayan və Türkiyə əleyhinə aksiya keçirən PKK terror təşkilatının tərəfdarları əslən Azərbaycandan olan bir nəfərə hücum edərək ona xəsarət yetiriblər. Polis hadisəyə müdaxilə edib. Bundan sonra terror …

Ətraflı oxu »

Ermənistanın baş məşqçisi mətbuat konfransını yarımçıq qoyub

Futbol üzrə Ermənistan yığmasının baş məşqçisi Xoakin Kaparros səfərdə Ukraynaya 0:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının III tur matçından sonra mətbuat konfransında çətin vəzityyətə düşüb. “Report”un məlumatına görə, ispaniyalı mütəxəssis ukraynalı qadın jurnalistin sualına cavab vermədən konfrans otağını tərk etməli olub. Media nümayəndəsi Kaparrosdan Ermənistan yığmasının Ukrayna ilə həmrəylik …

Ətraflı oxu »

Türkiyə ardıcıl 3-cü qələbəsini qazanıb, İtaliya, Almaniya və İngiltərə xal itirib

UEFA Millətlər Liqasında III turun son görüşləri keçirilib. “Report”un məlumatına görə, turun axırıncı oyun günündə A, B və C Liqalarında 10 görüş olub. A Liqasının 3-cü qrupunda İngiltərə evdə İtaliya ilə qolsuz, Macarıstan isə Almaniya ilə 1:1 hesablı heç-heçə edib. 4-c qrupda da Niderland Polşa ilə 2:2, Uels Belçika ilə …

Ətraflı oxu »

Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibinə veriləcək kubok təqdim olunub. Yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına – Şuşaya qovusması və “Şuşa ili” ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin …

Ətraflı oxu »

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putini təbrik edib. Təbrikdə deyilir: Hörmətli Vladimir Vladimiroviç. Dövlət bayramınız – Rusiya Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq və mehriban qonşuluq telləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının və çoxplanlı əməkdaşlığının davamlı inkişafının etibarlı əsasıdır. Ölkələrimizin …

Ətraflı oxu »

“Axmaq, səviyyəsiz adamlardır” – Rasim Balayev

Xalq artisti Rasim Balayev Əməkdar incəsənət xadimi Ayaz Salayev və Xalq artisti Şeyx Əbdül Mahmudovun onun haqda səsləndirdiyi tənqidi fikirlərinə münasibət bildirib. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri mətbuata açıqlaması zamanı ona irad bildirən rejissorlara cavab verib: “Onlara nə cavab verim? Axmaq, səviyyəsiz adamlardır. Məni camaat seçib. Özü də bizdə legitimdir, o …

Ətraflı oxu »