Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Minimum əməkhaqqı və pensiya məbləğləri qaldırılmalıdır

Minimum əməkhaqqı və pensiya məbləğləri qaldırılmalıdır

Azərbaycanda ortaillik inflyasiya 12,6% təşkil edib.

Belə ki, bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-may aylarına nisbətən 112,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,9%, qeyri-ərzaq məhsulları üzrə 106,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib.

Dövlət Statistika Komitəsinin  məlumatına görə, cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7%, əvvəlki ilin may ayına nisbətən 113,% təşkil edib. 2022-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0%, əvvəlki ilin may ayına nisbətən 120,2% təşkil edib.

Mövcud bahalaşmanın, artan inflyasiyanın qarşısını almaq mümkündürmü?

İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirdi ki, bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 12,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,9 %, qeyri-ərzaq məhsulları üzrə 6,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 % artıb:

“Beləliklə də, bütün bu rəqəmlər göstərir ki, bahalaşma davam edir və getdikcə daha çox alovlanır. İnflyasiyanı sürətləndirən yenə əvvəlkitək ərzaq mallarıdır. Yeri gəlmişkən, qeyd edim ki, neftin dünya bazar qiymətləri yüksək olanda, başqa sözlə desəm, büdcədə nəzərdə tutduğumuzdan 2 dəfə artıq olanda, heç vaxt bizdə belə səviyyədə inflyasiya və bahalaşma olmayıb.

Bu bir daha onu göstərir ki, hazırki inflyasiya və bahalaşma kənardan idxal olunur. Odur ki, bunun qarşısını almaq və yaxud məhdudlaşdırmaq əsla mümkün deyil. Bu istiqamətdə hər hansı addımlar atmaq istəyi və tədbirlər əksinə, yerli istehsalı və iqtisadiyyatın inkişafını boğacaq, daxili bazarın kənardan asılılığını gücləndirəcək”. 

Bəs çıxış yolu nədir?

Ekspert deyir ki, ilin ikinci yarısında büdcədən sosial istiqamətdə maliyyələşdirmə artırılmalıdır:

“Əhalinin maaş, pensiya və sosial müavinətləri yüksəldilməlidir. Bu ilin yanvarından olduğu kimi, ikinci bir sosial paket də hazırlanaraq həyata keçirilməli və xüsusən, minimum əməkhaqqı və pensiya məbləğləri qaldırılmalıdır”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …