Ana səhifə / Araşdırma / Sürücü “zapravka” işçisini maşınla vurub öldürdü – Füzulidə

Sürücü “zapravka” işçisini maşınla vurub öldürdü – Füzulidə

Füzuli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“ Azinforum.az ” ın Lent.az-a istinadən məlumatına görə, rayon ərazisindəki yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyən “Mitsubishi Pajero” markalı, 90 FK 761 dövlət qeydiyyat nişanlı avtomobil həmin məntəqənin işçisini vurub. Beyləqan rayonunun Maşqara kəndinin sakini olan 25 yaşlı Məmmədov Hikmət Yusif oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

İlkin araşdırma nəticəsində məlum olub ki, yanacaqdoldurma məntəqəsinin işçisi obyektən bir qədər kənara çəkilərək siqaret çəkirmiş. Bu zaman benzin doldurmaq üçün yaxınlaşan avtomobilin sürücüsü onu görməyib və vurub.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın