Çərşənbə , May 8 2024
Ana səhifə / Araşdırma / “Sağ qulağı dibindən kəsildiyindən…” – Nazirlikdən Beyləqandakı şok hadisə haqda açıqlama

“Sağ qulağı dibindən kəsildiyindən…” – Nazirlikdən Beyləqandakı şok hadisə haqda açıqlama

Beyləqanda evli qadınla intim münasibətdə ittiham olunduğu üçün qulağı kəsilən şəxsin səhhəti ilə bağlı rəsmi açıqlama verilib.


Mia.az
 xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna bildirib ki, həmin şəxs əməliyyat olunub, vəziyyəti kafidir.
“Həmin şəxsə təxminən 7-8 bıçaq vurulub, bıçağın biri ürəyinə nüfuz edib, sağ mədəciyi zədələyib. əməliyyat xəstəxananın baş həkimi tərəfindən aparılıb, demək olar ki, onu həyata qaytarıblar. Sağ qulağı dibindən kəsildiyindən amputasiya olunub”,-Abubəkirov söyləyib.  
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 
Qeyd edək ki, Beyləqanın Birinci Şahsevən kəndində iki azyaşlı uşaq anası olan 25 yaşlı  Nuranə Həsənova ilə eyni yerdə işlədiyi Gündüz Baxşəliyevlə cinsi münasibətdə olub. Bundan sonra onlar özlərin asaraq intihar ediblər. Hadisədən sonra qadının əri R.Həsənov arvadının daha bir şəxslə – həmkəndlisi Emil Elyarovla intim münasibətinin olduğunu öyrənib. R.Həsənov arvadı ilə intim münasibətdə olduğunu etiraf edən E.Elyarovu bıçaqlayaraq qulaqlarını kəsib.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …