Çərşənbə , May 8 2024
Ana səhifə / Araşdırma / Sabiq deputatlığa namizədi avtomobil vurub – Bakıda

Sabiq deputatlığa namizədi avtomobil vurub – Bakıda

Bakıda sabiq deputatlığa namizədi avtomobil vurub.

Azinforum.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, “Aqata” şadlıq sarayından çıxaraq yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Ağayev Qaraxan Zilfi oğlunu avtomobil vurub. Xəsarət alan Q.Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Q.Ağayev keçmiş deputatlığa namizəddir. Onun namizədliyi 2010-cu ildə “Qarabağ” bloku tərəfindən irəli sürülüb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …

Bir cavab yazın