Ana səhifə / Araşdırma / “Qoç ət”in 40 min manat mənimsəmiş menecerinə şərti cəza verildi

“Qoç ət”in 40 min manat mənimsəmiş menecerinə şərti cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  mənimsəmədə təqsirləndirilən “Qoç ət” MMC-də satış meneceri çalışmış Etibar Aslanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Virtualaz.org-un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Etibar Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti ) tədbiq edilib. Ona 3 il sınaq müddəti verilib. Etibar Aslanov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Etibar Aslanov “Qoç Ət” MMC-də satış meneceri çalışıb. O, ümumilikdə MMC-in 40 min manatını mənimsiyib. Etibar Aslanov Cinayət Məcəlləsinim 179.3.2 ( külli miqdarda mənimsəmə) maddəsi ittiham verilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın