Ana səhifə / Araşdırma / QHT rəhbərinin 170 min pulu yağmalandı – Polis hərəkətə keçdi

QHT rəhbərinin 170 min pulu yağmalandı – Polis hərəkətə keçdi

Bakı sakininin evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Mia.az report.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.
Belə ki, Qismət Qismətzadə adlı şəxs polisə müraciət edərək evindən 170 min dollar pul və 7 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib.
Xətai Rayon Polis İdarəsi (RPİ) və 35-ci Polis Bölməsi ( PB) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1995-ci il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, evindən oğurluq edilmiş Qismət Qismətzadə psixoloqdur, o, Regional Psixologiya Mərkəzinə rəhbərlik edir.

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın