Məlum olduğu kimi dünən ölkə başçısı, prezident İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2019 cu ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair
keçirilən müşavirədə bir çox aktul məsələlərə toxundu. Cənab prezident
idarəetmə sahəsində ciddi islahatların aparılmasına ehtiyac olduğunu
nazirlərin diqqətinə çatdırdı və bildirdi ki,“Mən bunu demişəm, bu gün
də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var.
Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla
yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də
mütləq yüksək qiymətləndiriləcək.” Prezident İlham Əliyev həmçinin
“Azəriqaz”İstehsalat Birliyinin fəaliyyətindəki nöqsanlara da toxundu və
bildirdi ki, “Mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq
hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər
yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət
olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm
qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan
qaldırılmalıdır. Bütün sahələrdə – elektrik enerjisi, içməli su, təbii
qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”.
Aktualinfo.org
olaraq yerlərdə “Azəriqaz” işçiləri tərəfindən sakinlərin heç bir əsas
olmadan incidilməsi, xüsusən də Bakı Regional Qaz Satışı Departamenti
işçilərinin qanunazidd əməllərindən, süni sayğac problemlərinin
yaradılması ilə bağlı bir neçə vətəndaşın şikayəti əsasında geniş
məqalələr yaymışdı. Prezident İlham Əliyevin bu çıxışından sonra ədalət
öz yerini tapmış oldu.
Amma
ədalətsizliyin hələ də davam etdiyi orqanlar, daha doğrusu, bir sıra
dövlət orqanlarının rəhbərləri hələ də ədalətsizliyə rəvac
verməkdədirlər.Belə orqanlardan biri də Dövlət Neft Şirkətinin struktur
vahidinə daxıl olan, 5000-dən çox işçi qüvvəsinin çalışdığı
“Neftqaztikinti” Trestidir ki, ədalətsiz və qeyri şəffaf ab-hava uzun
illərdir hökm sürməkdədir. “Neftqaztikinti” Trestində baş verən
qanunsuzluqlara uzun illər müdiriyyət tərəfindən göz yumulması barədə
Aktualinfo.org onlayn qəzetində yayılan silsilə araşdırma yazılar
dəyərli oxucularımız tərəfindən razılıq hıssı ilə qarşılandı. Məlum
yazılardan sonra sözügedən qanunsuzluqların faş olması azmış kimi
“Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasov daha bir yalana əl
atmalı olub.Müdir dolayısı yollarla Sevinc Mollayevanı hələ də müdafiə
etməkdədir. Əldə etdiyimiz son informasiyalara görə Mirkazım Abasov
Dövlət Neft Şirkəti Kadr,Rejim və İnformasıya Texnologiyaları üzrə
vitse-prezident Xalik Məmmədova novbəti yalan məlumat verib. Belə ki,
Sevinc Mollayevanın Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki
Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda “Menecment” ixtisası üzrə yenidənhazırlanma təhsili
almasını bildirib. Amma Mirkazım Abasov onu unudub ki,İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda yalnız ali təhsili olanlar ixtisas artıra
və yaxud da yenidənhazırlanmaya qəbul olunurlur. Həm də bir başa Təhsil
Nazırlıyinin razılığı əsasında. Belə olan halda Azərbaycan Müəllimlər
İnstitutu Gəncə filialının saxta diplomunu Təhsil Nazirliyi hansı
əsaslarla yenidənhazırlanma institutuna qəbul edə bilər? Dövlət Neft və
Sənaye Universitetinin rektoru Mustafa Babanlının görəsən bu məsələdən
xəbəri varmı? Mirkazım Abasov qanunsuz əməllərinin masştabını
genişləndirməklə görəsən nələrə nail olmaq istəyir? Bəlkə Mirkazım
Abasov Sevinc Mollayevadan qorxur? Niyə də qorxmasın. On ilə yaxındır
“Neftqaztikinti” Trestinin kadrlar şöbəsindəki bütün qaninsuz işləri axı
onun əli ilə həyata keçirib.
Götürək
elə bu ilin yanvar yında baş vermiş yol qəzasında”Neftqaztikinti”
Trestinin işçisi olmuş Mehman Cavadovun ölümunu.Əldə etdiyimiz
məlumatlara görə Mehman Cavadov hadisə olan gün qrafik üzrə dənizdə
olmalı idi. Lakin o Mirkazım Abasovun göstərişi ilə Neft Şirkəıtində
çalışan məsul vəzifəli şəxsin bağ evində işləyirmiş,həm də beş altı ay
əvvəl o işə gedirmiş. Mehman Cavadov hətta iş yoldaşlarına
şikayətlənirmiş ki, “işə çıxsaydım, canım dincələrdi”. Hadisənin baş
verdiyi gecə,yəni yanvar ayının 20-dən 21-ə keçən gecə də Mehman Cavadov
“Neftqaztikinti” Trestinin iki nəfər başqa işçisi ilə birgə bağ evində
işlədikdən sonra evə qayıdarkən avtomobil qəzasına düşüblər. Hadisədən
dərhal sonra Mirkazım Abasovla insan resursları şöbəsinin müdiri olmuş
Sevinc Mollayeva ilə trestin işçilərinin güya ezamiyyətdə olduqları
barədə geri tarixə ezamiyyə vərəqəsi tərtib edərək istintaq orqanlarının
fikrini yayındırmışlar. Mirkazım Abasov bununla da kasıb kəndli olan
Mehman Cavadovun ailəsinə çatacaq sığorta pulunu da ödəməkdən yayınıb.
Güya onlar idarənin maşımında deyil, şəxsi avtomobillərində qəzaya
uğrayıblar. Ezamiyyəyə gedərkən hansı avtomobildən istifadə olunmasını
qəzaya nə dəxli var. Ezamiyyəyə qatarla da, təyyarə ilə də getmək olar.
Bəs onda nə bəhanə gətirmək olar? İkinci tərəfdən “Neftqaztikinti”
Trestinin işçiləri Göyçaya nə üçün ezam olunmuşdular? Bəlkə Göyçayda da
neft çıxır, bizim xəbərimiz yoxdu? Bu ölüm hadisəsinin qaranlıq
tərəfləri mütləq araşdırılmalıdır.
Aktualinfi.org
onlayn qəzet redaksiyası bu ölüm hadisəsi ilə bağlı Respublikanın Baş
Prokuroru Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət
hazırlayıb. Bu ölüm hadisəsinin istintaqı yenidən
aparılmalı,”Neftqaztikinti” Trestində çalışan məsul vəzifəli şəxslərin
izahatı alınmalıdır.Elə Mirkazım Abasovun köməkçisi Mais Bədəlovun
izahatı mütləq alınmalıdır. Əldə etdiyimiz məlumatlara görə Mehman
Cavadov onun Dövlət Neft Şirkətində çalışan yüksək çinli məmur qohumunun
bağ evində işləyirmiş. Ölüm hadisəsi olan gecə geri tarixə ezamiyyə
vərəqəsinin yazılmasında məlumatlara görə, Mais Bədəlov da iştirak
edib.Biz bir mətbuat orqanı olaraq ölkə başçısı İlham Əliyev cənablarına
da müracıət edəcəyik. Çünki məmurlar törətdikləri qanunsuzluqlara,
özbaşınalıqlara cavab verə bilmirlir.Yalnız cənab Prezident özü
münasibət bildirikdən sonra haqq-ədalət,yerini tapır,bərqərar olur
Ana səhifə / Araşdırma / “Neftqaztikinti” Trestində işçinin ölümü kimlərin əli ilə gizlədildi? – İDDİA
Həmçinin oxuyun
Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA
Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …