Ana səhifə / Araşdırma / Goranboyda tapılan çeçen qadınla bağlı rəsmi araşdırma NƏTİCƏ VERMİR

Goranboyda tapılan çeçen qadınla bağlı rəsmi araşdırma NƏTİCƏ VERMİR

Yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən ağbirçək qadının kimliyi və harada qeydiyyatda olması hələ də tam müəyyənləşməyib. 104 yaşında olduğu iddia edilən qadın özünü Mədinə Əliyeva kimi təqdim etsə də, Dağıstan və Çeçenistanda bu ad və  soyadlı adamın qeydiyyatda olmadığı söylənilib. Eyni zamanda, Azərbaycanın Daxili İşlər Nazirliyi Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparıb, həmin şəxsin ölkəyə giriş-çıxışının olmadığı da üzə çıxıb.
Mədinə Əliyevanın hazırda saxlanıldığı Bakıdakı “Tereza ana” sosial sığınacağından bildiriblər ki, qadının ümumi vəziyyəti normaldır.
“Qadınla mütəmadi olaraq söhbət edirik. Çeçenistan vətəndaşı olduğunu və ora qayıtmaq istədiyini deyir. Hazırda Azərbaycan Daxili İşlər Nazirliyi, Dağıstan Daxili İşlər Nazirliyi Mədinə Əliyeva ilə bağlı araşdırmalar aparır. Mədinə Əliyevanın Çeçenistan vətəndaşı olması ətrafında dəqiqləşdirmələr aparılır. Hələ ki, yekun nəticə hasil olmayıb”.(modern.az)

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …