Ana səhifə / Araşdırma / Dəhşətli intihar: 20 yaşlı gənc özünü ata-anasının yanında güllələdi

Dəhşətli intihar: 20 yaşlı gənc özünü ata-anasının yanında güllələdi

Ağsu rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, rayonun Ərəbmehdibəyli kənd sakini, 1996-cı il təvəllüdlü Kərimli İsrail Elman oğlu özünü güllələyərək intihar edib.

Bildirilir ki, Əslən Laçın rayonunun Tingə qəsəbəsindən olan 20 yaşlı İ.Kərimli işsiz imiş. Daimi evlərinin olmaması, maddi çətinliklər və borc səbəbindən ciddi sıxıntı çəkən ailədə gərginlik artıb və dünən 20 yaşlı İ.Kərimli valideynləri ilə mübahisə etdikdən sonra ov tüfəngi ilə qarın nahiyəsindən atəş açıb. Hadisə vaxtı ata-anası ona mane olmağa çalışsa da, bunu bacarmayıblar. O da bildirilir ki, İ.Kərimli hərbi xidmətdən 3 ay əvvəl qayıdıbmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın