Ana səhifə / Araşdırma / Bərdədə pomidor turşusundan zəhərlənən 5 yaşlı uşaq dünyasını dəyişib

Bərdədə pomidor turşusundan zəhərlənən 5 yaşlı uşaq dünyasını dəyişib

Bərdə rayonunda ev şəraitində hazırlanan pomidor turşusundan zəhərlənən azyaşlı Sübhan Məmmədov bu gün dünyasını dəyişib.

Bu barədə Bərdə Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Məlumata görə, bir neçə gündür vəziyyətə ağır olaraq qalan 5 yaşlı Sübhan bir qədər əvvəl vəfat edib.

Qeyd edək ki, hadisə bir həftə əvvəl Bərdə rayonunun Xan Ərəb kəndində qeydə alınıb. Ev şəraitində konservləşdirilmiş pomidor turşusundan zəhərlənən Könül Məmmədova, qızı Cəmalə, oğlu Pərviz Məmmədov və nəvələri 5 yaşlı Sübhan və 8 aylıq Cihan zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. (APA)

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın