Cümə axşamı , May 9 2024
Ana səhifə / Araşdırma / Binəqədi İcra Hakimiyyəti tanınmış politoloqun hasarını niyə uçurub?..

Binəqədi İcra Hakimiyyəti tanınmış politoloqun hasarını niyə uçurub?..

Binəqədi İcra hakimiyyətinin açıq şəkildə mütəşəkkil cinayətkarlığı – Polad Ələmdar altını harda vurdu ?!

5 iyul tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi bələdiyyəsinin və rayon polis əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının mövcud qanun vericiliyini pozaraq mənə qarşı cinayət əməli törətmişdir.

Belə ki, Binəqədi bələdiyyəsinin mənə mənzil tikmək üçün 17 il əvvəl ayırdığı torpaq sahəsinin hasarları qanunsuz olaraq xüsusi vəhşiliklə dağıdılmışdır. Mövcud qanunvericiliyə görə icra hakimiyyətinin və ya bələdiyyənin mənim mülkiyyətimə qarşı belə cinayətə yol vermək hüququ yoxdur. Hələ, DİN əməkdaşlarını açıq şəkildə bu cinayətə ortaq etməklərinə heç cür bəraət qazandırmaq olmaz.

Qeyd edim ki, hətta qanunsuz zəbt edilmiş ərazilərlə bağlı prosedur aşağıdakı şəkildə işləyir:

1) Hər şeydən əvvəl, vətəndaşa bildiriş göndərilir. Könüllü razılaşma axtarılır.

2) Bələdiyyə əmlakının zəbti cinayət məcəlləsinə aid məsələ olduğu üçün, polis idarəsinə və ya şöbəsinə rəsmi məktubla müraciət edilir. Yerin koordinatları, kim tərəfindən zəbt edilməsi və s. bütün detalları ilə bildirilir.

3) Əmlak komitəsinə, FHN-ə, rayon İH özünə və ya memarlıq şöbəsinə rəsmi məktubla müraciət olunur.

4) 4 dövlət qurumunun birlikdə iştirakı ilə akt tərtib olunur.

5) Bələdiyyə tərəfindən məhkəməyə göndərilir. Ancaq məhkəmə qərarı ilə, vətəndaşın şəxsən məhkəmədə iştirakı təmin edilməklə əmlaka müdaxilə edilə bilər.

İndiki vəziyyətdə isə, heç bir tikinti işi aparılmayıb.

1) Vətəndaş olaraq mənə nə bələdiyyə, nə də İH tərəfindən heç bir bildiriş göndərilməyib.

2) Akt tərtib olunmayıb, aktın surəti mənə verilməyib.

3) Akt məhkəməyə göndərilməyib, məhkəmə qərarı olmadan Binəqədi Rayon İcra Hakimiyyəti digər dövlət qurumlarını da cəlb edərək mütəşəkkil cinayətkarlığa yol verib.

Bir daha xatırladıram ki, bu prosedur qaydaları qanunsuz ev tikintisi ilə bağlıdır. İcra hakimiyyəti isə qanunsuz olaraq mənim 17 illik əmlakıma müdaxilə edib hasarımı söküb.

İstər dövlət və özəl sektorlarda çalışdığım illərdə, istərsə də siyasi analitik, şərhçi kimi fəaliyyətim dövründə həmişə Azərbaycan Dövlətinin maraqlarını qorumağa çalışmışam. İkinci qarabağ müharibəsindən əvvəl, müharibə dövründə və müharibədən sonra Dövlət Rəhbərinin korrupsiya və rüşvətxorluğa qarşı apardığı kampaniyada fəal iştirak etmişəm, dövri mətbuatda, dövlət və özəl kanallarda bu barədə çıxışlarım, təkliflərim olub. Əgər mənim kimi tanınmış, korrupsiyaya qarşı mübarizə aparan, hər gün dövri mətbuatda və kanallarda ondan çox şərh, açıqlama, müsahibə verən bir vətəndaşa qarşı bu qədər açıq cinayətə və qanunsuzluğa yol verirsə, Binəqədi Rayon İcra hakimiyyətinin səsini heç kəsə duyurmaq imkanı olmayan, öz hüquqlarını bilməyən vətəndaşlara qarşı davranışını düşünmək belə çox ağırdır.

Turab Rzayev, politoloq

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …