Ana səhifə / Araşdırma / Bakıda zavoddakı partlayışda yaralananlarla bağlı – Son xəbər

Bakıda zavoddakı partlayışda yaralananlarla bağlı – Son xəbər

“Baku Steel Company” zavodunda baş vermiş partlayış nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən 3 yaralının vəziyyətləri normaldır.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, yaralıların səhhəti stabilləşməyə doğrudur. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir. Xəstələrdən biri gələn həftə təkrar müayinə olunandan sonra ambulator müayinəyə buraxılacaq.

Xatırladaq ki, iyunun 30-da axşam saatlarında “Baku Steel Company” zavodunda baş vermiş partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində ağır xəsarət alan 1982-ci il təvəllüdlü Natiq Salmanov əməliyyat olunaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Digər yaralı – 1971-ci il təvəllüdlü Məmməd Kərimov ayaq nayihəsindən sınıqla, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov isə yüngül xəsarətlə palata şəraitində müalicə olunurlar.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın