Çərşənbə , May 15 2024
Ana səhifə / Araşdırma / Bakıda otelin qarşısında atışma – DİN məlumat yaydı

Bakıda otelin qarşısında atışma – DİN məlumat yaydı

İyulun 20-də saat 1:00 radələrində üzərində dövlət qeydiyyat nişanları olmayan “Lexus” markalı avtomobildə Abşeron rayonu ərazisindəki otellərdən birinin qarşısına gələn naməlum sürücü ilə oranın mülki gözətçisi arasında münaqişə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, sürücü avtomobildə hadisə yerini tərk etdikdən 15-20 dəqiqə sonra geriyə qayıdıb odlu silahdan havaya atəş açıb, avtomobilini arxaya verərkən orada dayanan “Toyota” markalı avtomobili vurub və oranı tərk edib.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin dövlət qeydiyyat nişanları müəyyən edilib və hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakini Ramil Mirzəyev tutulub. Ondan “Stoger” markalı ov tüfəngi götürülüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …

Bir cavab yazın