Bazar ertəsi , May 6 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda dini icma sədri cəzalandırıldı

Azərbaycanda dini icma sədri cəzalandırıldı

Azərbaycanda dini icma sədri qanunsuz fəaliyyətə və gizli dini yığıncaq təşkil etdiyinə görə cəzalandırılıb.

APA-nın məlumatına görə, Göyçay rayon “II Ərəbcəbirli kənd məscidi” dini icmasının sədri Məmmədov Ruslan Ənvər oğlu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimdən deyil, başqa mənbələrə aid təqvimdən istifadə edərək dini ayinlər icra edib. Bundan başqa, sədri olduğu icmaya aid məsciddə yox, sakini olduğu Qəbələ rayonu, Duruca kəndində bir qrup şəxslə gizli dini ocaq yaradıb və məscid adlandıraraq, orada qanunsuz fəaliyyət göstərib.

R. Məmmədov artıq dini icma sədrliyindən uzaqlaşdırılıb. İcmadan uzaqlaşdırıldıqdan sonra onun bu fəaliyyəti ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq qurumlara məlumat verilib, araşdırma aparılır.

R. Məmmədovun yerinə isə qeyd olunan icmaya Şirəliyev Rəşad Cavad oğlu sədr seçilib.

Həmçinin oxuyun

Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı – SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 

Sabiq deputat, eks səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız …

Bir cavab yazın