Çərşənbə , May 8 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda uşaqlar arasında təhsil səviyyəsi 95 faizdən yuxarıdır – UNISEF

Azərbaycanda uşaqlar arasında təhsil səviyyəsi 95 faizdən yuxarıdır – UNISEF

“Azərbaycanda uşaqların təhsil imkanları ilə təminatı baxımından ciddi problemlər yoxdur”.

APA-nın xəbərinə görə, bunu UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru, xanım Əfşan Xan deyib.

O bildirib ki, Azərbaycanda uşaqlar arasında təhsil səviyyəsi hətta 95 faizdən yuxarıdır: “Bu mənada görülən işlər təqdirəlayiqdir. Bununla yanaşı, əlilliyi olan uşaqların təhsil imkanlarından istifadə etməsi, onların məhdudlaşdırılmaması, cəmiyyətə inteqrasiya olunması kimi məsələlər daha da əhəmiyyət təşkil edir, sadaladığım bu sahələrdə görülməli işlər var. Azərbaycan digər sahələrdə də – istər uşaqların təhsili, istərsə də onlara dair səhiyyə işlərində – kifayət qədər nailiyyət əldə edib”.

Ə. Xan qeyd edib ki, Mərkəzi Asiya və Avropa regionunda Azərbaycanın nailiyyətlərini əlamətdar hal kimi qeyd etmək lazımdır, amma gələcək nəsil üçün bu işləri davam etdirmək vacibdir.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …