Ana səhifə / Araşdırma / Akif Çovdarov və digərlərinin həbs müddəti daha 4 ay uzadıldı

Akif Çovdarov və digərlərinin həbs müddəti daha 4 ay uzadıldı

Bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər şəxslərin barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Virtualaz.org bildirir ki, Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq A. Çovdarovun və digərlərinin həbs müddətinin 4 ay artırılması barədə qərarı qəbul edib.

Qeyd edək ki, A. Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın