Ana səhifə / Araşdırma / 6 yaşlı uşaq türmədə nahar edəndən sonra… öldü

6 yaşlı uşaq türmədə nahar edəndən sonra… öldü

Ağcabədidə 6 yaşlı uşağın qidadan zəhərlənərək ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, 2010-cu il təvəllüdlü Elton Şirinov ölümündən 3 gün əvvəl anası ilə birgə həbsdə olan atasının yanına gedib.

Görüşə gedən ailə özü ilə ev şəraitində bağlanmış pomidor turşusu aparıb. Onlar görüş zamanı birgə yemək yeyiblər.

Uşağın əmisi Allahverdi Şirinov sayta bildirib ki, görüşdən qayıtdıqdan sonra E. Şirinovun səhhətində problem yaranıb: “Dərhal kənd həkiminə müraciət elədik. Həkim sistem köçürdü. Axşamüstü Eltonun vəziyyəti daha da ağırlaşdı. Apardıq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına.

Orada həkimlərdən biri dedi ki, uşağın bağırsağında zəhərlənmə var, aparın Bərdə Mərkəzi Rayon Xəstəxanasına.

Bərdədə həkimlər dedi ki, çox gecikdirmisiniz, qəbul edə bilmərik. Onlar da Mingəçevir xəstəxanasına aparmağımızı istədilər. Bərdədən çıxıb Mingəçevirə gedirdik, Yevlaxa çatanda uşaq yolda keçindi”. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın