Bakıda məktəb direktorunun otağından oğurluq olub.
“Report”un xəbərinə görə, hadisə keçən həftə, iyulun 11-də baş verib.
Belə ki, paytaxtın Nəsimi rayonu
ərazisində yerləşən 46 saylı məktəbdə direktor Sevinc Budaqovanın otağından 900 manat pul və sənəd olan pulqabısı oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Ağamalı Əliyev tutulub.