Çərşənbə , May 8 2024
Ana səhifə / Araşdırma / 2 azərbaycanlı 10 nəfərə qarşı: 1 ölü, 4 yaralı

2 azərbaycanlı 10 nəfərə qarşı: 1 ölü, 4 yaralı

Dünən xəbər verdiyimiz kimi, Voronejin Sovetski rayon məhkəməsi kafe yaxınlığında kütləvi dava zamanı bir neçə nəfərə bıçaq xəsarəti yetirən, bir nəfərin isə ölümünə səbəb olan Azərbaycan vətəndaşları barəsində ittiham hökmü çıxarıb.

“Report” isə bu gün Voronej Vilayət Prokurorluğunun mətbuat xidmətinin məlumatına istinadən hadisənin təfərrüatını açıqlayıb.

Məlumata görə, müəyyən edilib ki, 2013-cü ilin dekabrında gecə yarısından sonra Rəşad İsmayılov və Azər Nəcəfov öz tanışları ilə “Praqa” kafesinin yaxınlığında durublarmış.

“Bu zaman kafedən 10 nəfərdən ibarət bir dəstə çıxıb, onların arasında sonda dava ilə nəticələnən münaqişə yaranıb. Dava iştirakçılarından biri səhvən İsmayılovun yaxınlıqda dayanan qardaşına zərbə endirib və daha bir dava başlayıb, bura həm İsmayılovun, həm də onu vuranın tanışları qatılıb”, – deyə məlumatda bildirilir.

İdarənin məlumatına görə, R.İsmayılov davanın dörd iştirakçısına bıçaq xəsarətləri yetirib, onlardan biri aldığı yaralardan hadisə yerində keçinib. A.Nəcəfov da bıçaqdan istifadə edib və rəqiblərindən birini belindən yaralayıb.

R.İsmayılov Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Qətl” və “İki və daha artıq şəxsin həyatına qəsd”, A.Nəcəfov isə “Adam öldürməyə cəhd” maddələri üzrə müqəssir biliniblər.

Məhkəmənin hökmü ilə R.İsmayılov 9 il, A.Nəcəfov isə 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki azərbaycanlı cəzasını ciddi rejimli islah-əmək müəssisəsində çəkəcək

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …

Bir cavab yazın