Ana səhifə / Araşdırma / 194 min saxta dollarla tutuldu- “Qırmızı körpü”də

194 min saxta dollarla tutuldu- “Qırmızı körpü”də

Azərbaycan ilə Gürcüstan arasındakı “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində qonşu ölkə vətəndaşının üzərindən 194,4 min saxta ABŞ dolları götürülüb.

 Azinforum.az ” Azərtac-a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs saxta əskinasların ona məxsus olduğunu etiraf edib. İstintaq sirri olduğu üçün saxlanılan şəxsin kimliyi açıqlanmır.

Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə (külli miqdarda saxta əskinasların, qiymətli kağızların və metal sikkələrin istehsalı, saxlanılması və satışı) cinayət işi başlanıb.

Əməlləri sübuta yetirilərsə, həmin şəxsi 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın