Ana səhifə / Araşdırma / 11 saylı “zon”da məhbuslar arasında dava düşüb – Yaralılar var

11 saylı “zon”da məhbuslar arasında dava düşüb – Yaralılar var

Bakıda Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında dava olub.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, bir neçə gün əvvəl Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində dava düşməsi barədə idarəyə material daxil olub.

Daxil olan materiala görə, bir müddət əvvəl Cəzaçəkmə Müəssisəsində düşən dava zamanı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkumluq həyatı yaşayan, 1989-cu il təvəllüdlü Ayaz Saleh oğlu Əkbərov məhbus yoldaşı, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə məhkum olunmuş, 1978-ci il təvəllüdlü Anar Akif oğlu Mustafayevin başını daşla vurub. Xəsarət alan məhkuma tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın