Ana səhifə / Araşdırma / Ən çox əyyaşlıq edən ukraynalı qadınlardır – ARAŞDIRMA

Ən çox əyyaşlıq edən ukraynalı qadınlardır – ARAŞDIRMA

Müxtəlif ölkələr arasında qadınların alkoqollu içki qəbul etməsi səviyyəsinə görə 1-ci yeri Ukrayna tutub. 
Moderator.az yazır ki, ingilis alimləri tərəfindən aparılmış yeni araşdırmanın nəticələrini “The Times” nəşri təqdim edib.  Nəticələrə görə, ingilis qadınlar spirtli içkilər istehlakına görə dünyada İrlandiya, İsveç və Danimarkadan da sonra gəlməklə səkkizinci yeri alıb. Britnaiya Krallığındakı kişilər kimi, qadınlar da gündə orta hesabla 30 qram təmiz alkoqol qəbul edirlər. Amma  siyahıya liderlik edən ukraynalı qadınların  payına gündə  42 qram  alkoqol düşür. Bu nəticələr 195 ölkədə aparılan 694 elmi iş əsasında aparılan spirtli içkilərlə bağlı ilk geniş qlobal  tədqiqatın müəllifləri tərəfindən əldə edilib.
O da maraqlıdır ki, Rusiya qadınları 1-ci onluqda yer alımır.
Kişilər arasında isə spirt istehlakına görə rumınlar liderlik edir.  Onlar sutkada orta hesabla 82 qram alkoqol qəbul edir; bu da bir şüşə şərab və ya təxminən 2,5 litr pivə içməyə bərabərdir. Gündə orta hesabla 30 qram spirt istehlak edən ingilis kişilər isə 62-ci yeri yer tutur.
Qeyd edək ki, göstərilən alkoqol həcmləri sutka ərzində  içilən araq, viski, pivə, çaxır və s. kimi müxtəlif növ içkilərin  tərkibindəki təmiz spirtin göstəricisidir.
Araşdırmaya  görə, spirtli içkilər 15- 49 yaşlı insanlar arasında başlıca ölüm səbəbidir. Çünki alkoqol 23 ciddi xəstəliyin inkişafına kömək edir…

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …