Cümə axşamı , May 9 2024
Ana səhifə / Aktual /  “Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi

 “Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi

Azinforum.AZ: – Azərbaycanın bütün regionlarını yüksəkkeyfiyyətli və sürətli internetlə təmin edən “Nar”, ucqar kəndlərdə belə 4G şəbəkəsini genişləndirir.

Azinforum.AZ xəbər verir ki, mobil operator bu dəfə dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən Qusarın Laza kəndini 3G/4G şəbəkəsi ilə təmin edib. Qeyd edək ki, bu, Laza kəndində quraşdırılmış ilk 3G/4G baza stansiyasıdır. İndi Laza kəndində yaşayan sakinlər, eləcə də kəndə gələn turistlər “Nar”ın yüksək sürətli internetindən yararlana biləcəklər.

“Nar” interneti bütün ölkə əhalisi üçün əlçatan etmək məqsədilə Bakı və Abşeron yarımadası ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də baza stansiyalarının sayını daim artırır. Bölgələrə xüsusi diqqəti ilə seçilən “Nar”, hazırda 54 regionu 4G şəbəkəsi ilə təmin edib. 4G və 3G baza stansiyalarının sayını sürətlə artırmaqla mobil operator, Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir. Aparılan təkmilləşmə işləri nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 92%-ni, ölkə ərazisinin isə 74,3%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Həmçinin oxuyun

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” – VİDEO

Zaqatalada dönərdən zəhərlənən şəxslərin yaxınları Baku TV-yə danışıblar. Onlardan birinin babası Bahəddin Əliyev bildirib ki, …