Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / “Zerkalnı Əliyar” yenidən “protiv” gedib təhlükə yaratdı – 10-MM-100

“Zerkalnı Əliyar” yenidən “protiv” gedib təhlükə yaratdı – 10-MM-100

Paytaxtın Cəfər Xəndan küçəsində qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb.

10-MM-100 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq digər sürücülər üçün təhlükə yaradır.

Qeyd edək ki, iki ay əvvəl bu sürücü eyni hərəkəti yol polisinin gözü qarşısında etmişdi. Həmin vaxt sürücü barəsində inzibati protokol tərtib edildiyi açıqlanmışdı.

Xatırladaq ki, sosial şəbəkələrdə “Zerkalnı Əliyar” kimi tanınan şəxsin şəhərdə müntəzəm olaraq bu cür qayda pozduğu bildirilir. Bu isə ardıcıl və aşkar şəkildə cəmiyyətə hörmətsizlikdir ki, avtoxuliqanlıq kimi qiymətləndirilə bilər.

Sosial şəbəkə istifadəçiləri bu sürücünün şəhərdə hərəkətin sıx olduğu yollarda tez-tez avtomobilini söndürərək yatdığını da qeyd edirlər

Həmçinin oxuyun

Zaqatalada institutda kütləvi zəhərlənənlər olub – Say 40-ı ötüb (Yeniləniib)

Zaqatalada dünən zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb. Azinforum.az TƏBİB-ə istinadla xəbər verir ki, mayın …