Ana səhifə / Aktual / Zakir Qaralov bu prokurorların yerini dəyişdi

Zakir Qaralov bu prokurorların yerini dəyişdi

Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib.

“Qafqazinfo” xəbər verir ki, Cəbrayıl rayon prokuroru Maarif Hüseynov tutduğu vəzifədən azad edilərək Daşkəsən rayonuna prokuror təyin edilib.

Daşkəsən rayon prokuroru Elman Süleymanov isə Quba rayonuna prokuror təyin edilib.

Vəzifəsindən azad edilən Quba rayon prokuroru Valeh Səmədov isə İmişli rayonuna prokuror təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …