Nizami Rayon Məhkəməsi “Veysəloğlu Yaycılı Qardaşlar” MMC-nin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarıb.
“Report”un
xəbərinə görə, şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati
Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi
protokola əsasən, 8750 avro (35000 avronun iyirmi beş faizi miqdarında)
cərimə edilib. Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə
ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə
müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər
göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri
qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
Bu
inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə
obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək
məbləğdə cərimə edilir.
Bakı
şəhəri Nizami rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qərarından
“Veysəloğlu Yaycılı Qardaşlar” MMC tərəfindən verilmiş şikayətə Bakı
Apelyasiya Məhkəməsində baxılır.
Xatırladaq
ki, “Veysəloğlu Yaycılı Qardaşlar” MMC-nin eyni inzibati xəta ilə bağlı
48 min 128 avro 68 sent (təxminən 91 min 444 manat ) cərimə edilməsi
barədə daha bir məhkəmə qərarı olub və Bakı Apellyasiya Məhkəməsi
tərəfindən ləğv edilib.
1994-cü
ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış,
distribüter və istehsal şirkətidir. 2001-ci ildən etibarən şokolad və
karamel istehsalına başlayıb. Şirkətlər Qrupuna “Ulduz” şokolad fabriki
də daxildir.
Həmçinin oxuyun
“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri
Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …