Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / Veysəloğlu Şirkətlər Qrupu “Bir damla qan qurtarılan bir can” adlı növbəti qanvermə aksiyasını həyata keçirdi

Veysəloğlu Şirkətlər Qrupu “Bir damla qan qurtarılan bir can” adlı növbəti qanvermə aksiyasını həyata keçirdi

Veysəloğlu Şirkətlər Qrupu”Bir damla qan qurtarılan bir can” adlı növbəti qanvermə aksiyasını həyata keçirdi
Veysəloğlu Şirkətlər Qrupumartın 2-də “Bir damla qan qurtarılan bir can” adlı növbəti qanvermə aksiyasını həyata keçirdi. Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət idi.
Respublika Mərkəzi Qan Bankının həkim heyyətinin müşaiyyəti ilə həyata keçirilən aksiyada şirkətlər qrupunun çox saylı əməkdaşı donor qismində iştirak edib.
Xatırladaq ki, “Talassemiya” dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talasemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi İnsanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur.
Ona görə də dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütamadi qan vermə aksiyalarına qoşulurlar.

Həmçinin oxuyun

Zaqatalada institutda kütləvi zəhərlənənlər olub – Say 40-ı ötüb (Yeniləniib)

Zaqatalada dünən zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb. Azinforum.az TƏBİB-ə istinadla xəbər verir ki, mayın …